Edi və Ezmi “Bahrain International Series” turnirində iştirak edib

ESTAFET/ Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Bəhreynin Madinat-İsa şəhərində keçirilən “Bahrain International Series 2019” turnirində iştirak edib. 1/16 finalda hindistanlı Nikhit Lahmana 2:0 (21-12,21-9) hesabı ilə qalib gələn Edi, 1/8-də digər Hindistan təmsilçisi Priyanşu Rajavata 0:2 (17-21,15-21) uduzub. Ezmi Qovimuramadhoni isə kişi badmintonçuların şəxsi yarışında 1/16 finalda Jaşvanz Danduya 0:2 (13-21,12-21) hesabı ilə məğlub olub.

Müəllif: Məsim MƏSİMZADƏ