Hacımurad qızıl, Şamil bürünc medal üçün güləşəcək

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. 

Əsgər Məmmədəliyev debütdə Ukrayna idmançısına məğlub olub.

Murad Süleymanov təsnifat mərhələsində belaruslu rəqibinə qalib gəlib. Həmyerlimiz daha sonra moldovalı idmançını məyus edib. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda gürcü rəqibiylə bacarmayıb.

Hacımurad Məhəmmədsəidov mundiala inamlı start verib. Alman güləşçini vaxtından əvvəl üstələyən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb. Moldova təmsilçisinə də tam üstünlüklə qalib gələn yığmamızın üzvü adını yarımfinala yazdırıb. Yaponiya pəhləvanından da güclü olan Məhəmmədsəidov finalda iştirak hüququ qazanıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Şamil Zubairov ilk görüşdə bolqar həmkarına şans tanımayıb. Zubairov 1/4 İsveçrə idmançısına da rahat qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ güləşçisinə məğlub olaraq ümidini bürünc medala bağlayıb.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları oktyabrın 30-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

61 kq
Təsnifat: Əsgər Məmmədəliyev – Valenin Bliasetski (UKR) 6:8

74 kq
Təsnifat: Murad Süleymanov – Yaqor Akuliç (BLR) 8:4
1/8 final: Murad Süleymanov - Valentin Borzin (MDA) 11:9
1/4 final: Murad Süleymanov - Georgi Sulava (GEO) 0:10

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Yohannes Martin Deml (GER) 10:0
1/4 final: Hacımurad Məhəmmədsəidov - İvan Nedealko (MDA) 10:0
Yarımfinal: Hacımurad Məhəmmədsəidov - Hayato İşiquro (JPN) 5:3
FİNAL: Hacımurad Məhəmmədsəidov - Kamran Qurban Qasımpur (İRİ) 

92 kq
1/8 final: Şamil Zubairov – Bojidar Mateyev Todorov (BUL) 11:2
1/4 final: Şamil Zubairov - Samuel Şerrer (SUİ) 12:3
Yarımfinal: Şamil Zubairov - Bo Din Nikal (USA) 1:9
Bürünc medal görüşü: Şamil Zubairov - Hüseyn Lotfali Şahbaziqazvar (İRİ) / Takumi Tanizaki (JPN)

Müəllif: Natiq NƏSİROV