IX turun rəmzi komandası müəyyənləşdi

ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun rəmzi komandası müəyyənləşib. Rəmzi komandaya aşağıdakı futbolçular daxil olublar:

Qapıçı: Mehdi Cənnətov – 255 (“Sumqayıt”) -3

Müdafiəçilər: Ailton Silva - 282 (“Qarabağ”) -3, Adrian Skarlatake – 279 (“Zirə”), Bədavi Hüseynov - 268 (“Qarabağ”) -2, Abbas Hüseynov - 251 (“Qarabağ”) -7

Yarımmüdafiəçilər: Stiven Monroz – 307 (“Neftçi”) -4, Qara Qarayev - 319 (“Qarabağ”) -3, Sezar Meza Kolli - 300 (“Keşlə”) -2, Davit Volkov – 265 (“Qəbələ”)

Hücumçular: Baqali Dabo - 320 (“Neftçi”) -2, Amadu Diallo - 318 (“Sabah”)

Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Müəllif: Məsim MƏSİMZADƏ