Karateçilər İranda yüksək nəticə qazandılar

ESTAFET/ İranın Gülüstan şəhərində "Golestan Cup" beynəlxalq turnirində iştirak edən karateçilər yarışı 10 medalla başa vurublar.

"Qaraqaplan" klubunun məşqçisi Orxan Şabanovun rəhbərlik etdiyi idmançılarımızdan müxtəlif yaş dərəcələrində Tural Ələkbərli (-67 kq) və Ümid Əsgərov (-30 kq) birinci yeri, Nicat Kərimli (-57 kq), Nihat Kərimzadə (-55 kq), İsfəndiyar Novruzov (-30 kq) və Yavərbəy Abdullayev (+70 kq) ikinci sıranı, Vahid Həsənov (-35 kq), İkram Babayev (-55 kq), Mircəlal Ələsgərov (-60 kq) və Aydın Fərzəli (-52 kq) isə üçüncü pilləni tutub.

Yarışda 6 ölkə idmançıları çıxış ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV