Kənan Əliyev 1/4 finalda dayandı

ESTAFET/ Şpaqa üzrə kişilərdən ibarət yığma komandamızın üzvü Kənan Əliyev Ukraynanın Xarkov şəhərində keçirilən L.V. Averbaxın xatirəsinə həsr olunmuş 12-ci beynəlxalq turnirdə iştirak edib.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gələn Kənan pley-offa yüksəlib. 1/16 finalda Ukrayna təmsilçisi Vladimir Stankeviçlə görüşdə 15:13 hesablı qələbə qazanan Kənan, 1/8-də honkonqlu Fonq Hoi Sunu 15:10 hesabı ilə məğlub edib. Şpaqaçımız 1/4 finalda Minobe Kazuyasuya 14:15 hesabı ilə uduzub. Turnirdə 11 ölkədən ümumilikdə 114 idmançı iştirak edib.

Müəllif: Natiq NƏSİROV