“Məhsul” qələbə seriyasını davam etdirir

ESTAFET/ Kişi həndbolçuların Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib. Yarışın əsas favoriti sayılan “Məhsul”, “Təhsil”lə oyunda da azarkeşlərini sevindirib. Son ölkə çempionu rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyib. Qarşılaşma 38:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.

Günün digər matçında da imkanları yüksək qiymətləndirilən komanda qalib gəlib. U-18 – “Bakı” görüşündə nominal ev sahibi çox çalışsa da daha təcrübəli rəqibin inamlı qələbəsinə mane ola bilməyib. 42:22.

Kişilərin ölkə çempionatında növbəti turun oyunları noyabrın 16-da keçiriləcək. Həmin gün “Bakı” “Məhsul”la, “Təhsil” U-18-lə üz-üzə gələcək.

Aktivində 8 xalı olan “Məhsul” yarış cədvəlinin şəriksiz lideridir. “Bakı” ondan iki xal geri qalır. “Təhsil” iki xalla üçüncü pillədə qərarlaşıb. U-18 komandasının hələ də xalı yoxdur.

Müəllif: Estafet.az