İrina Zaretska Fransa kubokunu qazandı

ESTAFET/ Karate üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska çıxış etdiyi fransız klubunun heyətində növbəti dəfə ölkə Kubokuna sahib olub. Karateçimiz komanda yarışlarında Fransa çempionu olub.

Zaretska noyabrın sonu, dekabrın əvvəli Karate1 Prmeyer Liqasının Madriddə son mərhələsində digər idmançılarımızla birgə çıxış edəcək. 

Müəllif: Natiq NƏSİROV