Yurçeviç istefaya göndərildi

ESTAFET/ Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib. Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Millinin AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını müzakirə edən komitə üzvləri baş məşqçinin hesabatını dinləyib. Tsikli uğursuz sayan qurum bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini qeyri-qənaətbəxş hesab edib. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq mütəxəssis istefaya göndərilib.

Müəllif: Orxan NOVRUZOV