Mətbuat üçün açıq məşq və brifinq keçiriləcək

ESTAFET/ Dünya çempionatının elit-raund mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının yanvarın 18-də, saat 12:00-da “Olimpik Star” İdman və Əyləncə Mərkəzinin futzal zalında mətbuat üçün açıq məşqi keçiriləcək.

Məşqdən 15 dəqiqə əvvəl – saat 11:45-də baş məşqçi Joze Alesio Da Silvanın və kapitan Rizvan Fərzəliyevin iştirakı ilə brifinq təşkil olunacaq.

Müəllif: Natiq NƏSİROV