Qızlarımız gürcü həmyaşıdlarına məğlub oldular

ESTAFET/ Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında növbəti oyun yanvarın 29-da keçiriləcək.

Müəllif: Orxan NOVRUZOV