Asim Xudiyev UEFA kursunda iştirak edəcək

ESTAFET/ Fevralın 4-dən 5-dək Niderlandın Amsterdam şəhərində UEFA tərəfindən hakim-inspektorlar üçün növbəti kurs keçiriləcək. 6-cı dəfə təşkil olunan kursda UEFA Hakim-inspektoru Asim Xudiyev də iştirak edəcək.

Qeyd edək ki, 2006-cı ildən keçirilən kursların budəfəki modulu 2020-2022-ci illəri əhatə edir.

Müəllif: Natiq NƏSİROV