İlə Dünya Kuboku ilə start veriləcək

ESTAFET/ Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar fəslinə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə start verəcək.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV