"Sabah" "Qəbələ"ni, "Keşlə" "Səbail"i qəbul edir

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilir. İlk oyun günündə iki görüş keçiriləcək. Açılış matçında "Sabah" Masazırda "Qəbələ" ilə qarşılaşacaq. 13 xalı olan hər iki komanda turnir cədvəlində 6-7-ci yerləri bölüşdürürlər. Günün digər matçında isə 2-ci pillədə qərarlaşan "Keşlə" autsayder "Səbail"i qəbul edəcək. 

Turun daha iki görüşü sabah keçiriləcək.

 

7 fevral 2020

19:00.“Sabah” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli

"Bank Respublika Arena”

 

21:00.“Keşlə” –“ Səbail”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı

"ASK Arena”

Müəllif: Natiq NƏSİROV