Millimiz ilk məşqini keçirdi

ESTAFET/ Badminton üzrə kişilərdən ibarət milli komandamız Fransanın Lievin şəhərində yerləşən "Arena Stad Kuver"də ilk məşqini keçirib. Komandamızın daha bir məşqi sabah nəzərdə tutulub.Millimiz qrupda ilk oyununu sabah İslandiya yığmasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Müəllif: Orxan NOVRUZOV