Baş katib və olimpiyaçımız Antalya Turunda

ESTAFET/ Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Antalya Turu start götürüb. 4 günlük yarışda Azərbaycanın Elit yığma komandasının üzvü, ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədov da mübarizə aparır - o, mötəbər yarışda “Bahrain Cycling Academy” kontinental klubunun heyətində çıxış edir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev isə Beynəlxalq Velosipedçilər İttifaqının Yaxın Şərq və Asiya ölkələri üzrə texniki kuratoru kimi “Tour of Antalya” yarışına ezam edilib.

Müəllif: Məsim MƏSİMZADƏ