İkinci dövrəyə yekun vuruldu

ESTAFET/ Bu gün futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçirilib. İkinci dövrənin son turunun açılış matçı maraqlı alınıb.

EKOL cütün favoriti hesab edilsə də, “Xızı Futzal” kifayət qədər müqavimət göstərib. Bol qollu qarşılaşmada EKOL çətin qələbəyə sevinib.

Turun ikinci oyununda “Marafon” “Yasamal”a böyük hesabla qalib gəlib.

“Baku Fire” ilə “Bakı” arasındakı qarşılaşma da gərgin keçib. 11 qolun qeydə alındığı matçda “Baku Fire” qələbə qazanıb. Lider “Araz” da “Record club”dan üstün olub.

“Neftçi” - “Premier” (Quba) görüşü isə baş tutmayıb. “Premier” oyuna gəlmədiyinə görə, bu haqda İntizam Komitəsi qərar verəcək. 

Yüksək Liqada 19-cu turun oyunları martın 9-da “Olimpik Star”da keçiriləcək.

Yüksək Liqa
18-ci tur
5 mart 2020

Xızı Futzal – EKOL 5:6
Qollar: Xəyal Quliyev, 05:36; 21:15; 31:58. Fərid Abbaslı, 15:52. Şahin Əliyev, 27:20-pen. - Samir Həmzəyev, 03:23. Faiq Əliyev, 19:01; 26:30. Oktay Rüstəmli, 27:49-pen; 34:05. Əsgər Abasov, 39:33.
Hakimlər: Əli Cəbrayılov, Etibar Həsənov, Elmir Quluzadə.

Yasamal İSK – Marafon 1:9
Qollar: Almurad Həsənəliyev, 36:05 - Vitali  Borisov, 0:37; 0:50; 12:46. Şahab Şahnazian, 02:36. Tofiq Məlikov, 19:22; 29:06. Majid Khazaei, 28:51. Elşən İbrahimxəlilov, 32:01. Sərxan Məstiyev, 39:40.
Hakimlər: Anar Fərəcov, Fuad Həsənov, Ramil Namazov.

Bakı TFK – Baku Fire 5:6
Qollar: Məhəmməd Bədəlbəyli, 02:45; 19:42. İlham Allahverdiyev, 25:33; 28:32. Tofiq Əliyev, 38:15 - Renat Sultanov, 03:17; 28:45. Rasif Səfiyarov, 09:36; 14:36. Asif Zeynalov, 32:48; 39:43.
Hakimlər: Rahin Heybətov, Ramiz Məhərrəmov, Fuad Həsənov

Araz – Record club 8:2
Qollar: Murilo Borges Souza, 04:23. Hadi Əhmədi, 08:10. Ramiz Çovdarov, 10:39. Xətai Bağırov, 14:08; 17:23; 27:15; 38:06. Sunay Həsənov, 31:09 - Matin Gahramani, 31:42. Babakhani Chiya, 34:16.
Hakimlər: Knyaz Əmiraslanov, Elvin Ağayev, Vüsal Balaşov.

Müəllif: Natiq NƏSİROV