Teymur Rəcəbovdan gözlənilməz qərar

ESTAFET/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb. 

Məlumatda Rəcəbovun şəxsi səbəblər (açıqlanmır) üzündən İddiaçılar Turnirindən imtina etdiyi bildirilib.

FIDE qaydalara uyğun olaraq (qayda 2.1.E və 2.2) Rəcəbovu ehtiyat siyıda birinci olan fransalı Maksim Vaşye Laqravla əvəzləyib.

Xatırladaq ki, Rəvəbov İddialılar Turnirində oynamaq hüququna ötən il Dünya Kubokunu qazanmalqa nail olmuşdu. 

Müəllif: Natiq NƏSİROV