İdmançılardan ibarət komissiya yaradıldı

ESTAFET/ Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) İdmançılar Məsləhətçi Komissiyasını təsis edib. Qurumun rəsmi saytında olan məlumatda bildirilir ki, komissiyanın əsas məqsədi agentliyin fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.

Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsipilərinə əməl olunub.

Komissiyanın funksiyası idmançılar və AMADA arasında əlaqələndirici rolunu oynamaqdan ibarət olacaq. Tərkibi təsdiqlənən komissiya on iki idmançıdan ibarətdir:

Açıq elan əsasında üzv seçilən idmançılar: İlham Zəkiyev, Hacı Əliyev

İdman federasiyalarının seçdikləri idmançılar: Rəsul Çunayev, Fəridə Əliyeva, Fuad Qurbanov, Aynur Məmmədova, Nazim Babayev, Ayan Xankişiyeva, Siyana Vasileva, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Ruslan Abışov.

Komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.

Müəllif: Natiq NƏSİROV