Klublar FIFA-nın yay "transfer pəncərəsi"ni yanvaradək uzatmaq təklifini dəstəkləyir

ESTAFET/ FIFA 2020-ci ildə yay "transfer pəncərəsi"ni 2021-ci ilin yanvarına qədər uzadır. “The Telegraph” yaydığı məlumatda dünyanın ali futbol qurumunun bu məsələni klublarla müzakirə etmək niyyətində olduğunu açıqlayıb. 

FIFA hesab edir ki, bu təklifin qəbul olunması koronavirus səbəbindən klubların koronavirusa görə zərər görmüş büdcəsini balanslaşdıra bilər. Artıq bir neçə klub rəhbərinin bu ideyanı dəstəklədiyi bildirilir. Qarşıdakı transfer dövründə klubların maddi itkilər səbəbindən böyük transferlərdən imtina edəcəyi gözlənilir.

Müəllif: Orxan NOVRUZOV