Messidən koronavirusa qarşı mübarizə üçün 1 milyon avroluq yardım

ESTAFET/ “Barselona”nın kapitanı Lionel Messi koronavirusla mübarizə kampaniyasına qoşulub. 33 yaşlı argentinalı futbolçu Kataloniyadakı “Hospital Clinic” xəstəxanasına 1 milyon avro yardım edib.

Məlumatda bildirilir ki, Messinin bağışladığı vəsait Barselonadakı xəstəxana ilə Messinin Vətənində yerləşən tibb mərkəzi arasında bölüşdürüləcək. Pul lazımi tibbi avadanlıq və qoruyucu vasitələrin alınmasına sərf olunacaq.

“Leoya dəstəyinə görə təşəkkür edirik” - deyə xəstəxananın yaydığı açıqlamada bildirilib. Messinin həmçinin Argentinadakı bir neçə xəstəxanaya da yardım etdiyi vurğulanır.

Müəllif: Bəhruz MƏMMƏDOV