Azərbaycanlı baş məşqçi də koronavirusa görə geri qayıtmalı olur

ESTAFET/ İndoneziyanın qadınlardan ibarət "Jakarta Pertamina Energy" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov koronavirusun yayılması səbəbiylə ləğv edilən çempionatda mövsüm boyu ortaq işlərinə və dəstəyinə görə azarkeşlərlə komanda rəhbərliyinə təşəkkür edib. Azərbaycan yığmasının hücumçusu Odina Əliyeva və millimiizn sabiq üzvü Natalya Məmmədovanın da çıxış etdiyi komanda müntəzəm çempionatda birinci yeri tutub və "Dördlər finalı"na yüksəlib.

İndoneziya Voleybol Federasiyası bu mini-turniri ləğv etməyi və mövsümü çempion olmadan elan etməyi qərara alıb. Belə vəziyyətdə Rəcəbov "Facebook" şəxsi səhifəsində vida mesajı yazıb: “Mənə gözəl insanları, inanılmaz mütəxəssisləri, ən yüksək səviyyəli təşkilatçıları bəxş edən gözəl bir mövsüm idi. Məni təəccübləndirdilər, bütün gözləntilərim artıqlaması ilə oldu. Hər şey olur və ümid edirəm ki, tezliklə ailəm olmuş insanlara qayıdacam. Ölkəmdən bu qədər uzaq məsafədə özümü evdə hiss etdim. İndoneziya ikinci evim oldu. Komanda ilə işin demək olar 90%-ni etdik, müntəzəm mövsümü qazandıq və pley-offda azarkeşlərimizi təəccübləndirməyə hazır idik".

Müəllif: Natiq NƏSİROV