Liderlə autsayder fərqli qütblərdə

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə 20 turun 80 oyununu 80 min 630 tamaşaçı izləyib. Bu qarşılaşmalarda orta göstərici 1008-ə bərabər olub. Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.

Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Səbail” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.

Müəllif: Məsim MƏSİMZADƏ