Tofiq Musayevin döyüşü ləğv olundu

ESTAFET/ Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin də iştirak edəcəyi “Rizin 22” döyüş gecəsi ləğv olunub. Bu barədə Rayzin Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara məlumat verib.

Yaponiyada Yokohama Arenasında, aprelin 19-da keçirilməsi nəzərdə tutulan döyüş gecəsi koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Tofiq Musayev “Rizin 22” döyüş gecəsində “Killer” ləqəbli braziliyalı Luis Qustavoyla qarşılaşmalı idi.

Müəllif: Natiq NƏSİROV