ÇL və Konfederasiya Kubokunun final oyunları təxirə salındı

ESTAFET/ Afrika Futbol Konfederasiyası (CAF) koronavirus pandemiyasına görə qitənin ən önəmli iki yarışının final oyunlarını təxirə salıb. Söhbət Afrika Çempionlar Liqasından və Konfederasiya Kubokunun həlledici oyunlarından gedir.

CAF-nin rəsmi saytının yaydığı məlumata görə, Konfederasiya Kubokunun mayın 24-də, ÇL-in isə mayın 29-da keçirilməsi nəzərdə tutulan final qarşılaşmaları qeyri-müəyyən müddətə təxirə salınıb.

Həmin oyunların yeni tarixinin daha sonra açıqlanacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, CAF daha öncə bu iki turnirin 1-3 may və 8-10 mayda keçirilməsi planlaşdırılan yarımfinal qarşılaşmalarının da qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı. (sport24.az)

Müəllif: Bəhruz MƏMMƏDOV