Dünyanın ən yaxşı gənc futbolçuları

ESTAFET/ Dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşib. ESPN-nin açıqladığı siyahıda 10 futbolçu yer alıb.

Oyunçu seçimi zamanı 21 yaşdan yuxarı olmamaları əsas götürülüb. Siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Dortmund "Borussiya"sının ingiltərəli vingeri Ceydon Sanço ikinci pillədə qərarlaşır. İlk "3-lüy"ü "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold qapayır.

Dünyanın ən yaxşı gənc futbolçuları:

1. Kilian Mbappe (PSJ / Fransa)
2. Ceydon Sanço ("Borussiya" Dortmund / İngiltərə)
3. Trent Aleksander-Arnold ("Liverpul" / İngiltərə)
4. Vinisyus Junior ("Real" / Braziliya)
5. Kay Haverts ("Bayer" / Almaniya)
6. Matteys de Liqt ("Yuventus" / Hollandiya)
7. Canluici Donnarumma ("Milan" / İtaliya)
8. Erlinq Haland ("Borussiya" Dortmund / Norveç)
9. Federiko Valverde ("Real" / Uruqvay)
10. Joao Feliks ("Atletiko" / Portuqaliya).

Müəllif: Natiq NƏSİROV