Premyer Liqa klubu fransalı futbolçu ilə gücləndi

ESTAFET/ İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Premyer Liqa təmsilçisi Fransanın “Havr” klubundan Pape Queyeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Lakin müqavilə iyulun 1-dən qüvvəyə minəcək.

Queye Fransanın 18 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarında forma geyinib. “Havr”ın öz yetirməsi olan yarımmüdafiəçi 2017-ci ildən Liqa 2 təmsilçisinin əsas komandasında forma geyinirdi. (sport24.az)

Müəllif: Bəhruz MƏMMƏDOV