Futbolçular test üçün bazaya çağırıldı

ESTAFET/ İspaniya La Liqasında çıxış edən klublar futbolçuları bazaya çağırıb. Məqsəd onları tibbi testdən keçirməkdir.

“Barselona” və “Real” da daxil olmaqla elita təmsilçilərinin oyunçuları gün ərzində bir-bir klubun bazasına yollanaraq koronavirus testindən keçirlər. La Liqa rəhbərliyi hər şey qaydasında olarsa həftəsonu məşqləri bərpa etməyi planlaşdırır.

Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb. Hazırda “Barselona” 58 xalla turnir cədvəlinə başçılıq edirsə, onun ən yaxın izləyicisi “Real” 2 xal az toplayıb. (apasport.az)

Müəllif: Natiq NƏSİROV