UEFA milli assosiasiyalara qoyduğu tələbi yumşaltdı

ESTAFET/ UEFA milli assosiasiya və liqaların qarşısında qoyduğu tələbi yumşaldıb. Xarici mətbuatın məlumatına görə, qitə futbol qurumu artıq koronavirus pandemiyası ilə bağlı yarımçıq qalan mövsümün bərpası ilə bağlı detallı plan tələb etmir.

Öncə yarışın bərpası və keçirilmə formatı ilə bağlı mayın 25-dək vaxt verən qurum fikrini dəyişib. Bunu qurumun adı açıqlanmayan nümayəndəsi bildirib. Onun sözlərinə görə, artıq plan deyil, hər hansı məlumatın verilməsi istənilir: “UEFA mayın 25-dək mümkün qədər çox informasiya almaq istəyir. Amma başa düşürük ki, müxtəlif məhdudiyyətlər üzündən həmin vaxta qədər detallı planlar olmaya da bilər. Buna baxmayaraq, UEFA ümid edir ki, heç olmasa, milli assosiasiya və liqaların nail olmaq istədiyi mümkün inkişafla bağlı hansısa məlumat alsın”. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV