Böyükağa Hacıyev haqqında film çəkildi - VİDEO

ESTAFET/ “Bakı” və “Neftçi”nin sabiq baş məşqçisi, mərhum Böyükağa Hacıyev haqqında sənədli film çəkilib. Futbolxeber.az saytının məlumatına görə, Aranfilm Yaradıcılıq Mərkəzinin istehsalı olan film “Zəifin gücü” adlanır.

Filmin rejissor və ssenari müəllifi Aydan Əhmədova, operatoru Əminə Həsənli, montajçısı Pərviz Səlimovdur. Qənirə Qurbanlı “Zəifin gücü”nün direktoru, Tahir Tahiroviç bədii rəhbəri, İqbal Məmmədəliyev isə prodüseridir.

Qeyd edək ki, 2006-cı ildə ilk dəfə “Bakı”nı ölkə çempionluğuna daşıyan Böyükağa Hacıyev, daha sonra 2 dəfə bu uğura “Neftçi” ilə nail olub. “Ağ-qaralar”la 2 dəfə ölkə kubokunu qazanan mərhum mütəxəssis ən böyük uğuruna 2012-ci ildə imza atıb. Belə ki, Hacıyev Avroliqanın qrup mərhələsinə Azərbaycan klubunu yüksəldən ilk məşqçi kimi tarixə düşüb. Həmin ildə o, “Şöhrət” orderi ilə təltif edilib.

 

Müəllif: Estafet.az