"Milan" İbrahimoviçlə bağlı bəyanat yaydı

ESTAFET/ İtaliyanın "Milan" klubu hücumçusu Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıb. Komanda isveçli forvardın zədəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

A seriyası təmsilçisi mətbuatda yazıldığı kimi, veteran oyunçunun topuğunda sınıq olmadığını açıqlayıb: "İbrahimoviç dünənki məşqdə sağ ayağından zədə alıb. Amma topuq nahiyəsində heç bir zədə yoxdur. Zlatan 10 gündən sonra yenidən tibbi müayinədən keçəcək".

Müəllif: Məsim MƏSİMZADƏ