“Azərreyl”də daha bir imza

ESTAFET/ “Azərreyl” daha bir voleybolçu ilə bağlı qərarını verib. Bakı təmsilçisi rusiyalı Anastasiya Mertsalova ilə müqavilənin müddətini uzadıb. 

19 yaşlı blokçu anlaşmaya əsasən növbəti ildə də “dəmiryolçular”ın formasını geyinəcək. 

Qeyd edək ki, “Azərreyl” yeni mövsüm üçün sloveniyalı Moytsa Pene və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlayıb. 

Müəllif: Natiq NƏSİROV