“Azərreyl”in baş məşqçisi rəsmiləşdi

ESTAFET/ Qadınlardan ibarət “Azərreyl” klubu baş məşqçisi Famil Ağayevlə müqaviləni uzadıb.  Bu barədə apasport.az saytına məlumatı 34 yaşlı gənc mütəxəssisin özü verib. 

O bildirib ki, 2016-cı ildən baş məşqçisi olduğu “dəmiryolçular”la yeni bir illik müqaviləyə imza atıb: “Növbəti mövsümdə komandada məşqçilər korpusunda dəyişiklik olmayacaq. Artıq hər birimiz 2020/21 mövsümü üçün “Azərreyl”lə anlaşmışıq. Onat Kurtla Emin Əbilov yenə köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. Gənc Çingiz Ağayev də bu işdə bizə yardımçı olacaq”.

Müəllif: Bəhruz MƏMMƏDOV