Dadaşov üçün yeni rəqib

ESTAFET/ Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” yeni forvard axtarışına çıxıb. Mövsümün sonunda qolçusu Raul Ximenesi satması gözlənilən Premyer Liqa təmsilçisi “Espanyol”lu U Leyə elçi düşüb.

“Vulverhempton” çinli forvardın transferi üçün ispaniyalılarla danışığa başlayıb. Futbolçu özü Barselona təmsilçisində qalmaq istəsə də, ingilislər 28 yaşlı oyunçu üçün “Espanyol”a sərfəli təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, U Ley cari mövsüm 38 matçda iştirak edib, 7 qol, 1 asistlə yadda qalıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV