Formula 1 24 ildən sonra Portuqaliyaya qayıdır

ESTAFET/ Formula 1 üzrə dünya çempionatının iki mərhələsi Portuqaliyada keçirilə bilər. Bununla da Pireney ölkəsi uzun fasilədən sonra ən nüfuzlu avtomobil yarışının təqviminə qayıdacaq.

“Alqarve” avtodromunda baş tutması gözlənilən mərhələlərdən biri sentyabrın 25-27-də təşkil olunacaq. Bu mərhələ Portuqaliya Qran-Prisi adlanacaq. Oktyabrın 4-dəki yarış isə Alqarve Qran-Prisi kimi tarixə düşəcək.

Qeyd edək ki, Portuqaliyadakı sonuncu Formula 1 yarışı 1996-cı ildə Eştorildə baş tutub.

Müəllif: Natiq NƏSİROV