Bundesliqada yeni rekord

ESTAFET/ Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb. “Bavariya”nın futbolçusu Robert Levandovski bir mövsümdə ən çox qol vuran legioner adına yiyələnib.

XXXIII turun “Frayburq”la matçında (3:1) dubla imza atan polşalı hücumçu qol sayını 33-ə çatdırıb. Bununla da 31 yaşlı futbolçu Pyer-Emerik Obameyanqın rekordunu arxada qoyub. Qabonlu Dortmund “Borussiya”sında oynadığı 2016/17 mövsümündə 31 qol vurmuşdu.

Ümumilikdə isə Levandovski cari mövsümün bütün turnirlərində üst-üstə 41 oyunda 48 qol vurub. Bu da onun şəxsi rekordudur.

Müəllif: Natiq NƏSİROV