Stekelenburq ilk klubuna qayıtdı

ESTAFET/ "Everton"un qapıçısı Martin Stekelenburq ilk klubu "Ayaks"a qayıdıb. Bu barədə Niderland təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

38 yaşlı qolkiper amsterdamlılarla 1 illik müqavilə imzalayıb. Stekelenburq "Everton"la müqavilə müddəti başa çatdığı üçün "Ayaks"a azad agent kimi keçib.

Qeyd edək ki, 1997-ci ildə "Ayaks" akademiyasına cəlb edilən Martin Stekelenburq 2011-ci ilə qədər bu klubun formasını geyinib.

Müəllif: Məsim MƏSİMZADƏ