“Arsenal”ın futbolçusu koronavirusa yoluxdu

ESTAFET/ İngiltərə Premyer Liqasında daha bir futbolçu koronavirusa yoluxub. Bu dəfə London “Arsenal”ının oyunçusunun testi müsbət nəticələnib.

Hələlik futbolçunun adı açıqlanmır. Lakin onun iki komanda yoldaşı ilə təmasda olduğu müəyyənləşib. Hər üç oyunçu karantinə alınıb.

Qeyd edək ki, “Arsenal” iyunun 25-də “Sauthempton”la qarşılaşacaq. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV