Formula 1 mövsümə start verdi

ESTAFET/ Formula 1-də yeni mövsümə start verilib. Bu gün Avstriya Qran-prisi sınaq yürüşləri ilə start götürüb. Artır ilk sınaq yürüşü başlayıb. 

İkinci sınaq isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 

Qeyd edək ki, Formula 1-də yeni mövsüm martda Avstraliyada başlamalı idi. Lakin koronavirus pandemiyası səbəbindən yarış ləğv edilib. Avstriya Qran-prisinə iyulun 5-də yekun vurulacaq. 

Formula 1-də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Müəllif: Natiq NƏSİROV