"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

ESTAFET/ "Fənərbağça"nın basketbol komandasının yeni baş məşqçisi İqor Kokoşkov olacaq. Fanat.Az ESPN-in insayderi Edrian Voynarovskinin "Twitter" hesabına istinadən xəbər verir ki, Kokoşkov "Fənərbağça" ilə anlaşıb. Müqavilənin 3 illik olacağı bildirilir.

48 yaşlı mütəxəssis "Sakramento"da köməkçi-məşqçi işləməklə yanaşı, Serbiya millisini çalışdırır. Kokoşkovun rəhbərliyi altında Sloveniya yığması 2017-ci ildə Avropa çempionatının qalibi olub.

Müəllif: Natiq NƏSİROV