"Trabzonspor" baş məşqçisi ilə vidalaşdı

ESTAFET/ "Trabzonspor” klubu baş məşqçisi Hüseyn Çimşirlə yolları ayırıb. Bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

"Trabzonspor" Çimşirin rəhbərliyi altında Türkiyə Super Liqasının 33-cü turunda "Konyaspor"a 3:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.

Müəllif: Orxan NOVRUZOV