Olimpiadanın ilk uğursuzları müəyyənləşdi

ESTAFET/ Şahmat üzrə Onlayn Olimpiadanın Baza divizionunda mübarizəyə yekun vurulub. Planetin ən aşağı reytinqli 30 komandası üç qrupda qüvvəsini sınayıb.

Hər qrupda ilk 4 yeri tutan komanda IV divizionda oynamaq hüququ qazanıb. Digər 18 yığma üçün turnir başa çatıb.

Onlardan biri – Somali internet kəsilməsi ilə üzləşdiyi üçün yarışı yarımçıq dayandırıb.

Qeyd edək ki, beş – Top, II, III, IV və Baza divizionlarında keçirilən Olimpiadada 163 yığma mübarizə aparır. Azərbaycan millisi ən sonda yarışa başlayacaq Top-divizionda çıxış edəcək.

A qrupu
1. Myanma - 18
2. Bruney - 16
3. Pakistan- 13 (36,5)
4. Oman - 13 (32,5)
5. Fici - 10
6. Quam - 8
7. Laos - 6
8. Makao - 3 
9. Butan - 2
10. Somali - 1

B qrupu
1. Livan - 18
2. Qətər - 15
3. Bəhreyn - 14
4. Liberiya - 10 (28,5)
5. Burundi - 10 (27)
6. Qambiya - 8
7. Qabon - 7
8. Mali - 5
9. Konqo - 2
10. San Marino - 1

C qrupu
1. Kipr - 18
2. Aruba - 15
3. Haiti - 12
4. Mavritaniya - 10 (36)
5. Liviya - 10 (29,5)
6. Sent Lusiya - 10 (29)
7. Kabo Verde - 7
8. Kayman adaları - 5
9. Antiqua və Barbuda - 3
10. Qrenada - 1

Müəllif: Natiq NƏSİROV