Onlayn Olimpiadada 15 komanda II diviziona yüksəldi

ESTAFET/ FIDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada 3-cü divizionda mübarizə başa çatıb. 3 gün davam edən yarışda 50 ölkənin yığması 5 qrupda mübarizə aparıb.

Hər qrupda ilk üç yeri tutan komanda 2-ci diviziona yüksəlib. Bu 15 yığma aşağıdakılardır: Belçika, Çili, Sinqapur, Meksika, Portuqaliya, İPCA, Kosta Rika, Boliviya, İslandiya, İordaniya, Şotlandiya, Albaniya, Danimarka, Qvatemala, Tailand.

Qeyd edək ki, Onlayn Olimpiada 5 dəstədə – Baza, IV, III, II və Top-divizionda keçirilir. Azərbaycan yığması ən güclülərin yer aldığı Top-divizionda mübarizə aparacaq.

Müəllif: Natiq NƏSİROV