Millimizə yeni futbolçu çağırıldı

ESTAFET/ Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub. Onun adı avqustun 27-də açıqlanmış heyətdə ehtiyat oyunçular arasında göstərilmişdi. 

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyunlarını sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprə qarşı keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV