“Real”ı “Mançester Yunayted”ə dəyişir

ESTAFET/ İspaniyanın “Real” klubunun futbolçusu Serxio Reqilon gələcək karyerası ilə bağlı qərar verib. Müdafiəçi İngiltərənin “Mançester Yunayted” klubuna keçməyə razılaşıb.

Onun keçidi yaxın günlərdə rəsmiləşəcək. Ötən mövsüm icarə əsasında “Sevilya”da çıxış edən Reqilonun Premyer Liqa klubuna keçidinin şərtləri açıqlanmır.

Qeyd edək ki, ispaniyalı müdafiəçi ötən mövsüm La Liqada 31 oyunda 2 qol vurub. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV