"Neftçi" "Başakşəhər"in futbolçusunu icarəyə götürdü

ESTAFET/ Müqaviləylə Türkiyənin "Başakşəhər" klubuna məxsus olan Azərbaycanın U-21 yığmasının futbolçusu Mərt Çelik cari mövsümü ölkəmizdə keçirəcək. 20 yaşlı mərkəz müdafiəçisi "Neftçi"nin şərəfini qoruyacaq.

Bu gün tərəflər icarə müqaviləsinin bağlanması barədə razılığa gəliblər. Gənc futbolçu 1 il "ağ-qaralar"ın heyətində oynayacaq.

Qeyd edək ki, Çelik Sumqayıtda baş tutan və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan Azərbaycan - Fransa rəsmi matçında yığmamızın heyətində inamlı oyun nümayiş etdirib. (sport24.az)

Müəllif: Natiq NƏSİROV