Abbasov çempionluq kəmərini qorumaq üçün döyüşəcək

ESTAFET/ “Qəbələ” klubunun idmançısı Nəriman Abbasov "Fight Nights Global"da yüngül çəkidə çempionluq kəmərini qorumaq üçün döyüşəcək.

Klubun feysbuk səhifəsinin məlumatına görə, azərbaycanlı döyüşçü rusiyalı Mixail Qoqitidze ilə qarşılaşacaq.

Sentyabrın 25-də baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Müəllif: Natiq NƏSİROV