“Legiya” - “Qarabağ” matçının vaxtı açıqlandı

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının play-off mərhələsində keçiriləcək “Legiya” - “Qarabağ” oyununun başlama vaxtı və məkanı açıqlanıb.

Varşava şəhərinin Polşa Ordu Stadionunda keçiriləcək görüş oktyabrın 1-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Müəllif: Natiq NƏSİROV