Millimiz açıq havada təlim-məşq toplanışı keçir

ESTAFET/ Cüdo üzrə kişilər və qadınlardan ibarət milli komandamızın üzvləri açıq havada təlim-məşq prosesini davam etdirir. Məşqlər pandemiya qaydalarına ciddi əməl olunmaqla gündə iki dəfə təşkil olunur.

Baş məşqçilər Ruslan Maşurenko və Rəşad Məmmədovun rəhbərlikləri altında keçirilən məşqlərdə milli komandanın bütün aparıcı üzvləri iştirak edir.

Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyasının son açıqladığı təqvim planına uyğun olaraq, oktyabrda Macarıstanın paytaxtı Budapeştdə Qran-pri, gələn ilin yanvarında isə Qətərdə nüfuzlu “World Masters” beynəlxalq yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə noyabrda Çex Respublikasında Avropa çempionatının keçirilməsi planlaşdırılır.

Müəllif: Natiq NƏSİROV