Məcidov 3-cü döyüşünü də qələbə ilə başa vurdu

ESTAFET/ Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti döyüşünü keçirib. Ağır çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ABŞ-da təşkil olunan döyüş gecəsində Puerto Riko idmançısı Sahret Delqado ilə üz-üzə gəlib.

Qarşılaşma Hollivuddakı Seminol Hard Rok Hotel və Kazinoda baş tutub. Məcidov 6 raund davam etməli olan döyüşü vaxtından əvvəl nokautla yekunlaşdırıb. 3-cü raundda rəqib döyüşü davam etdirə bilməyib. Bununla da həvəskarlar arasında üçqat dünya çempionu olan Məcidov peşəkar rinqdə 3-cü döyüşündə 3-cü qələbəsini qazanıb.

Qeyd edək ki, Məhəmmədrəsul bunadək Ed Funten və Tom Littlə qalib gəlib.

Müəllif: Natiq NƏSİROV