1/4 finalın ilk oyun gününün cədvəli

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib. İki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:

1 fevral 2021

16:00  “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

18:00  “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu

2 fevral 2021

16:00  “Keşlə” – “Kəpəz”
“ASK Arena”

18:00  “Neftçi” – “Zirə”
“Bakcell Arena”

Müəllif: Natiq NƏSİROV